Xəzər Xəbər

Müharibənin ən qanlı toqquşmalarından biri: Rusiya ordusu çayın sahilində 485 hərbçi, 80 texnika itirdi

Dünya | 18:18 • 16 May 2022
Müharibənin ən qanlı toqquşmalarından biri: Rusiya ordusu çayın sahilində 485 hərbçi, 80 texnika itirdi

Ukraynada davam edən müharibədə ötən həftə ən qanlı döyüşlərdən biri olub.

Belə ki, Severski Donets çayı istiqamətində hücum zamanı Rusiya ordusunun 400-dən çox hərbçisi öldürülüb və ya yaralanıb.

Qeyd olunur ki, mayın 11-də Rusiyanın 41-ci ümumqoşun ordusunun 74-cü motoatıcı briqadasının 550 nəfər hərbi qulluqçusu Şimali Donets çayını keçmək üçün yönləndirilib.

Lakin Ukrayna ordusunun artilleriya birləşmələri bir neçə ponton körpünü partlatmaqla hücumun qarşısını alıb, şəxsi heyətin cəmləşdiyi ərazilərə dəqiq zərbələr endirilib.

Döyüş zamanı 485-ə qədər Rusiya hərbçisinin öldürüldüyü və ya yaralandığı, 80-ə qədər hərbi texnikanın məhv edildiyi qeyd olunur.

Mənbə: The New York Times

Xəbər lenti