Xəzər Xəbər

Paşinyanın İcevandakı heykəlinin başı qoparılıb FOTO

Dünya | 11:55 • 14 May 2022
Paşinyanın İcevandakı heykəlinin başı qoparılıb

İcevanda Ermənistanın baş naziri Nikol Paşinyanın “addımlayan” heykəlinin başı dördüncü dəfə qoparılıb və üstünə qırmızı boya tökülüb.

Xezerxeber.az bildirir ki, bu barədə yerli “Hraparak”ın nəşri məlumat yayıb.

“Bundan əvvəl Paşinyanın abidəsi İcevan-Noyemberyan avtomobil yolunda qoyulmuşdu. Abidə üç dəfə zədələndikdən sonra İcevan kilsəsinin həyətinə köçürülüb. Amma “doğma divarlar” burada da heykəli qoruya bilməyib”, - deyə nəşr qeyd edir.

Xatırladaq ki, İcevan Ermənistan baş nazirinin doğulduğu şəhərdir.

Xəbər lenti