Xəzər Xəbər

Ukraynada 1214 uşaq itkin düşüb

Dünya | 09:46 • 14 May 2022
Ukraynada 1214 uşaq itkin düşüb

Rusiyanın müharibəyə başlamasından- fevralın 24-dən indiyədək Ukraynada 1214 uşaq itkin düşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk məlumat verib. 

O bildirib ki, bu gün 90 uşaq axtarışdadır, 2389 uşaq Rusiyaya aparılıb. 

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.

Xəbər lenti