Xəzər Xəbər

Rusiyadan geri alınan ərazilərin sayı açıqlanıb

Dünya | 09:07 • 14 May 2022
Rusiyadan geri alınan ərazilərin sayı açıqlanıb

Bu günə olan məlumata görə, Ukraynada 1015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

O qeyd edib ki, bu, ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur.

“Biz yerlərdə elektrik enerjisini, su təchizatını, rabitəni, nəqliyyatı, sosial xidmətlərini geri qaytarırıq”, – deyə dövlət başçısı bildirib.

Prezident onu da əlavə edib ki, bu gün 200-cü Rusiya təyyarəsi vurulub.

Xəbər lenti