Xəzər Xəbər

Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib

Dünya | 08:59 • 14 May 2022
Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib

Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində bildirib.

Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.

Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.

Xatırladaq ki, mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.

Xəbər lenti