Xəzər Xəbər

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Dünya | 08:54 • 14 May 2022
Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə aktual beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə edib. Bu, nazirlərin fevralın 18-dən sonra ilk ünsiyyətidir.

Pentaqonun yaydığı məlumata görə, ABŞ rəsmisi Ukraynada atəşin dərhal dayandırılmasına çağırıb və Rusiya ilə əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti