Xəzər Xəbər

İlon Mask “Twitter”i almaqdan vazkeçdi? - Gözlənilməz açıqlama

Dünya | 17:53 • 13 May 2022
İlon Mask “Twitter”i almaqdan vazkeçdi? - Gözlənilməz açıqlama
Tesla və SpaceX-in baş direktoru İlon Maskdan "Twitter”lə bağlı diqqətçəkən açıqlama gəlib.
 
İş adamı sosial media hesabındakı paylaşımında "Twitter”lə sövdələşmənin müvəqqəti olaraq dayandırıldığını deyib. Mask səbəbi bu cür izah edib: "Spam və saxta hesablar ümumi istifadəçilərin 5%-dən azını təşkil edir. Bununla bağlı detallı məlumatı gözləyirik. Ona görə də sövdələşmə müvəqqəti olaraq dayandırılıb”.
 
Xatırladaq ki, İlon Mask "Twitter”i 44 milyard dollara satın almağa razılaşıb. Razılaşma sosial şəbəkədən verilən açıqlama ilə də təsdiqlənib. Bildirilib ki, "Twitter” tamamilə Maska məxsus olan bir təşkilat tərəfindən alınacaq və satınalma tamamlandıqdan sonra "Twitter” özəl şirkətə çevriləcək./Sfera.az

Xəbər lenti