Xəzər Xəbər

Zelenski Putinlə görüşə yalnız bu şərtlə razıdır

Dünya | 17:24 • 13 May 2022
Zelenski Putinlə görüşə yalnız bu şərtlə razıdır

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Bladimir Putinlə görüşməyə hazırdır.

Bu barədə Zelenski İtaliyanın “Rai 1” telekanlına müsahibəsində deyib.

Lakin Ukrayna prezidentinin bir şərti var: danışıqlar Rusiyayönümlü vasitəçilər və ultimatumlar olmadan, dialoq şərtləri çərçivəsində keçirilməlidir.

“Məsələ hər gün mürəkkəbləşir. Çünki hər gün kiçik şəhərləri işğaldan azad edirik və biz rus hərbçilərinin zorakılıq, işgəncə, edam izlərini görürükş. Və buna görə danışıqların mümkünlüyü getdikcə mürəkkəbləşir”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya ilə danışmaq istəyib: “İndi cəmiyyət buna müsbət yanaşmır. Mən prezident kimi Putinlə danışmağa hazıram, amma vasitəçi və ultimatum olmadan”./publika.az

Xəbər lenti