Xəzər Xəbər

Bu ölkədə naməlum xəstəlik yayılmağa başladı

Dünya | 16:43 • 13 May 2022
Bu ölkədə naməlum xəstəlik yayılmağa başladı

Şimali Koreyanın 350 min sakini naməlum qızdırmadan əziyyət çəkir. 

Bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. 

Bildirilir ki, xəstəlik aprelin sonunda ölkədə qeydə alınıb. Eyni zamanda bunun koronavirus infeksiyası olub-olmadığı məlum deyil.

Əvvəllər məlum olub ki, KXDR-də 18 mindən çox COVID-19 xəstəsi aşkarlanıb, onlardan altısı dünyasını dəyişib. Pxenyan sakinlərindən götürülən testlər nəticəsində bilinib ki, onlar koronavirusun “omikron” alt növünə yoluxub./Publika.az

Xəbər lenti