Xəzər Xəbər

Türkiyənin Fransadakı konsulluğuna hücum edilib

Dünya | 15:13 • 13 May 2022
Türkiyənin Fransadakı konsulluğuna hücum edilib

Türkiyənin Bulony-Bilankurdakı (Boulogne-Billancourt) Baş konsulluğuna hücum olub.

AZƏRTAC Fransa mediasına istinadla xəbər verir ki, hücumun PKK tərəfdarları tərəfindən törədildiyi bildirilib. Diplomatik mənbələrin məlumatına görə, mayın 12-də saat 2:30 radələrində (Paris vaxtı ilə) naməlum şəxs tərəfindən baş konsulluğa partlayıcı qurğularla hücum edilib. Hücum nəticəsində baş konsulluğun binasının pəncərəsinə və divarına ziyan dəyib. Fransa hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalara başlanıb.

Hücuma görə məsuliyyəti PKK-ya bağlı qruplar öz üzərinə götürüblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Metz şəhərində Mərkəzi Camii türk məscid və mədəniyyət mərkəzinə də “Molotov kokteyli” ilə hücum olub. Şəhər meri hadisə yerinə gedərək bu aktı pisləyib.

Xəbər lenti