Xəzər Xəbər

Bu ölkədə məmurların sayı azaldılır

Dünya | 14:10 • 13 May 2022
Bu ölkədə məmurların sayı azaldılır

Böyük Britaniyanın Baş naziri Boris Conson vergiləri azaltmaq məqsədilə büdcə yükünün yüngülləşməsi üçün nazirlərdən dövlət xidmətində çalışan 91 min nəfərin ixtisarını tələb edib.

“Daily Mail” nəşri yazır ki, bunu Boris Conson Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

“Hökumətin vergi ödəyicilərindən aldığı hər funt-sterlinq onların öz prioritetlərinə, öz həyatlarına xərcləyə biləcəkləri puldur”, - deyə o bildirib. Baş nazir, həmçinin komandasının üzvlərinə tapşırıb ki, çətin vəziyyətdə olan ailələrin maddi təzyiqini azaltmaq üçün səylərini ikiqat artırsınlar.

Məmurların sayının tələb olunan miqdarda azaldılması ildə təxminən 3,5 milyard funt-sterlinqə qənaət etmək imkanı yaradacaq.

Xəbər lenti