Xəzər Xəbər

Kiyevdə komendant saatının vaxtı qısaldılır

Dünya | 13:06 • 13 May 2022
Kiyevdə komendant saatının vaxtı qısaldılır

Ukraynanın paytaxtı Kiyev şəhərində komendant saatının vaxtı qısaldılır.

Xezerxeber.az yerli "Ukranews.com" saytına istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko teleqram hesabındakı paylaşımında məlumat verib.

Bildirib ki, mayın 15-dən komendant saatı 1 saat gec başlayacaq və saat 23:00-dan 05:00-dək tətbiq ediləcək.

Mer qeyd edib ki, komendant saatının qısaldılması ilə əlaqədar ictimai nəqliyyatın iş vaxtı artırılacaq. Metro 06:00-dan 22:00-dək, yerüstü ictimai nəqliyyat isə 22:30-dək fəaliyyət göstərəcək.

Kliçko əhalini hava hücumu siqnalına etinasızlıq göstərməməyə çağırıb və Kiyevə raket hücumu təhlükəsinin hələ də qaldığını xatırladıb.

Xəbər lenti