Xəzər Xəbər

ABŞ-da güclü yanğın: Sakinlər təxliyə edilir

Dünya | 18:30 • 22 Yanvar 2022
ABŞ-da güclü yanğın: Sakinlər təxliyə edilir

ABŞ-ın Kaliforniya ştatında, Palo Koloradoda yanğın 100 hektardan çox ərazini əhatə edib.

Sakinlərə təxliyə barədə göstəriş verilib. Qırmızı Xaç Cəmiyyətinin Amerika şöbəsi onlar üçün müvəqqəti sığınacaq təşkil edib.

Bundan əvvəl ABŞ Milli Meteorologiya Xidməti xəbərdarlıq etmişdi ki, şənbə günü səhər bu ərazidə güclü küləyin əsəcəyi gözlənilir. Bu isə əlavə risk yaradır.

Mənbə: TASS

Xəbər lenti