Xəzər Xəbər

"Omikron"dan sonra ilk dəfə baş verdi

Dünya | 15:52 • 22 Yanvar 2022
"Omikron"dan sonra ilk dəfə baş verdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma sayının ilk dəfə 20% azaldığını açıqlayıb. 

ÜST tərəfindən virusla bağlı ölümlərdə 8% azalma müşahidə olunub. 

Bildirilib ki, noyabrda "omikron" ştamı meydana çıxandan sonra Afrika qitəsinin əksər hissəsində virusa yoluxma halları azalsa da, Şimali Afrika bölgəsində 55% artım olub.

ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moetinin sözlərinə görə, dördüncü dalğanın sürətlənməsi, zirvəsi və düşməsini unikal adlandırmaq olar: 

"Təsiri daha az oldu, ölüm və xəstəxanaya yerləşdirmə hallarını orta qiymətləndirmək olar. Afrika qitəsində virusun müalicəsi kortikosteroidlər və tibbi oksigenlə aparılır, lakin tibbi oksigen çatışmazlığı ən böyük problemlərdən biridir"./Publika.az 

Xəbər lenti