Xəzər Xəbər

Koronavirusa qarşı təbii və süni immunitet müqayisə edildi

Dünya | 14:25 • 22 Yanvar 2022
Koronavirusa qarşı təbii və süni immunitet müqayisə edildi

Koronavirusu keçirdikdən sonra bədənin təbii müdafiəsi vaksinasiyadan sonra yaranan immunitetdən daha güclüdür, lakin ən yaxşı seçim xəstəliyi keçirdikdən sonra peyvənd vurdurmaqdır.

Bu barədə Rusiyada biologiya elmləri doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova koronavirusa qarşı təbii və süni immuniteti müqayisə edərkən bildirib.

“Heç kim sağlam və gənc olduğu üçün xəstələnməkdən qorxmadığını iddia edə bilməz. Bu çox təhlükəli lotereyadır. Peyvənd daha “xatircəm” seçimdir. İnsanlar xəstələnməyin ən yaxşı alternativ olduğunu düşünməməlidir”, - deyə bioloq bildirib.

Fundamental və Tərcümə Tibb üzrə Rusiya Federal Tədqiqat Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov təbii immunitetin daha güclü olması fikri ilə razılaşıb. O qeyd edib ki, xəstəlikdən sonra hətta tək bir peyvənd, yoluxmamış insanın vurdurduğu iki dozadan daha çox qorunma təmin edir.

“Məhz təbii və peyvənddən sonra yaranan immunitetin kombinasiyası “superimmunitet” adlanır”, - deyə o, əlavə edib.

Qlobal Viroloji Şəbəkə Mərkəzinin direktoru və Ümumdünya Səhiyyə Təşkilatının müşaviri Konstantin Çumakov təbii toxunulmazlığın süni toxunulmazlıqdan daha yaxşı olması ilə razılaşmadığını bildirib və koronavirusa yoluxandan sonra peyvənd edilməli olduğunu vurğulayıb.

Mənbə: RBK

Rubrikanın digər xəbərləri

Xəbər lenti