Xəzər Xəbər

Ermənistanda yoluxma artdı - Ölü sayı 8 mini ötdü

Dünya | 11:48 • 22 Yanvar 2022
Ermənistanda yoluxma artdı - Ölü sayı 8 mini ötdü
Ermənistanda son sutkada daha 940 nəfərdə COVID-19 aşkarlanıb. 
 
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. 
 
Bununla da Ermənistanda virusa yoluxanların sayı 350 897-yə çatıb. 
 
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 026 nəfərdir. 
 
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 520 nəfərdir. İndiyədək 334 109 pasiyent infeksiyadan sağalıb.
 

Hazırda ölkədə 7 242 aktiv koronavirus xəstəsi var. /Sfera.az

Xəbər lenti