Xəzər Xəbər

ÜST dünya üzrə gündəlik yoluxma sayında yeni antirekord qeydə aldı

Dünya | 09:05 • 22 Yanvar 2022
ÜST dünya üzrə gündəlik yoluxma sayında yeni antirekord qeydə aldı

Son 24 saat ərzində dünyada 3 777 104 nəfərdə COVID-19-a yoluxma halı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilir ki, bu pandemiyanın başlanğıcından bəri sutkalıq göstəricilər üzrə yeni rekorddur.

Bundan əvvəl müvafiq antirekordda göstərici 2,2 milyon idi.

Xəbər lenti