Xəzər Xəbər

Ötən sutka dünyada koronavirusa 3,6 milyondan çox insan yoluxubıb

Dünya | 14:28 • 21 Yanvar 2022
Ötən sutka dünyada koronavirusa 3,6 milyondan çox insan yoluxubıb

Yanvarın 20-də dünyada koronavirusa 3 milyon 611 mindən çox yoluxma halı qeydə alınıb ki, bu da pandemiya dövrü ərzində maksimum göstəricidir.

Xezerxeber.az pandemiyanın statistikasını aparan Worldometer portalına istinadla xəbər verir ki, bundan əvvəlki ən yüksək yoluxma göstəricisi yanvarın 13-nə təsadüf etmişdi - 3 milyon 373 min nəfər. Son 24 saat ərzində dünyada COVID-19 infeksiyası səbəbindən 9 min 217 nəfər həyatını itirib.

Beləliklə, indiyədək dünya üzrə koronavirusa yoluxanların sayı 343 milyon 396 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 594 min nəfərə çatıb, 275 milyon 75 min nəfər isə sağalıb.

Qeyd edək ki, ilk dəfə 2019-cu il dekabrın 31-də Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınan COVID-19 virusu qısa müddətdə bütün dünyaya yayılıb. 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti