Xəzər Xəbər

Afrikada işləməkdən imtina edən səfirlə bağlı qərar - Yeni iş yeri...

Dünya | 14:39 • 21 Yanvar 2022
Afrikada işləməkdən imtina edən səfirlə bağlı qərar - Yeni iş yeri...

Rusiyanın Kabo-Verdedəki səfiri vəzifəsindən imtina etmiş Natalya Poklonskaya Rossotrudniçestvo rəhbərinin müavini postunu tuta bilər.

Bu barədə RİA Novosti-yə situasiya ilə məlumatlı olan mənbə bildirib.

“Natalya Poklonskaya Rossotrudniçestvo rəhbərinin müavini postunu tuta bilər. Bu məsələ hazırda müzakirə olunur”, - deyə agentliyin həmsöhbəti bildirib.

Poklonskayanın özünün sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı şərh vermək hələlik tezdir. Vurğulayıb ki, o, ölkəyə və onun rəhbərliyinə faydalı olacağı “istənilən vəzifədə işləməyə məmnuniyyətlə hazırdır”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Natalya Poklonskayanın şəxsi səbəblərə görə Kabo-Verdeyə səfir kimi işləməyə getməyəcəyini təsdiqləyib.

Natalya Poklonskaya 2021-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Kabo-Verdedə fövqəladə və səlahiyyətli səfir təyin edilmişdi.

Natalya Poklonskaya 2014-cü ilin martından 2016-cı ilin oktyabrına qədər Krım Respublikasının prokuroru vəzifəsində çalışıb.

Rossotrudniçestvo – Müstəqil Dövlətlər Birliyi, həmvətənlər və xaricdə yaşayanlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentlikdir. Agentliyə Rusiya hökumətinin keçmiş başçısı Yevgeni Primakovun nəvəsi Yevgeni Primakov (Yevgeni Sandro) rəhbərlik edir./Teleqraf.com 

Xəbər lenti