Xəzər Xəbər

İvanka Tramp şahid kimi dindiriləcək

Dünya | 08:42 • 21 Yanvar 2022
İvanka Tramp şahid kimi dindiriləcək

ABŞ-ın sabiq prezidenti Donald Trampın qızı İvanka parlament komissiyasına şahid qismində çağırılıb.

Xarici medianın yazdığına görə, məqsəd Donald Trampın 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda iştirakını araşdırmaqdır.

İlk dəfədir keçmiş prezidentin ailə üzvü ötən ilin yanvarında baş vermiş hadisələrə görə istintaqa cəlb olunur. Parlament komissiyasının ünvanladığı məktubda İvanka 3 fevral tarixində komissiyaya dəvət edilib.
Qeyd edək ki, parlament komissiyası və müstəntiqlər məsələ ilə bağlı 300-dən çox şahidin ifadəsini alıb.

Xəbər lenti