Xəzər Xəbər

Hindistan sakini yanlışlıqla keçi əvəzinə dostunun başını kəsdi

Dünya | 08:36 • 21 Yanvar 2022
Hindistan sakini yanlışlıqla keçi əvəzinə dostunun başını kəsdi

Hindistanın Valasapalli kəndində (Andhra Pradeş ştatı) Makara Sankranti festivalı zamanı sərxoş kişi dostunu keçi ilə səhv salaraq başını kəsib.

Ənənəvi qurban kəsimi günəş tanrısı Suryaya həsr olunmuş hindu festivalı zamanı baş tutub. Ayini icra edəcək Çalapati adlı şəxs mərasimin gedişində xeyli spirtli içki qəbul edib və qurban kəsimi zamanı keçi ilə onu tutan dostu Süreşi səhv salıb. Çalapati əlindəki bıçaqla keçinin deyil, dostunun boğazını kəsib.

35 yaşlı Süreş xəstəxanaya çatdırılsa da, həkimlər kişini xilas edə bilməyiblər. O, qan itkisindən dünyasını dəyişib.

Mənbə: unian.net

Xəbər lenti