Xəzər Xəbər

Şimali Koreyadan qorxunc mesaj

Dünya | 14:39 • 20 Yanvar 2022
Şimali Koreyadan qorxunc mesaj

Şimali Koreya administrasiyası Vaşinqtona “meydan oxuma” adı altında nüvə və uzaqmənzilli raket sınaqlarına yenidən başlayacağına işarə edib.

Rəsmi Pxenyan Şimali Koreya lideri Kim Çen In və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2017-ci ildə başlayan 2 illik uğursuz danışıqlardan bəri qitələrarası ballistik raket sınağı keçirməyib.

Şimali Koreyadakı Siyasi Büro administrasiyasının bəyanatında deyilir: "ABŞ-ın düşmənçilik siyasəti və hərbi təhdidi gözardı edilə bilməyəcək təhlükə həddinə çatıb və ölkə liderləri yekdilliklə razılaşdılar ki, Amerika imperialistlərinə uzunmüddətli çağırış üçün daha hərtərəfli hazırlıq görülməlidir”.

Beynəlxalq mətbuat isə Şimali Koreyanın mühüm müttəfiqi olan Çinin Qış Olimpiya Oyunlarını təşkil etməsinə və Cənubi Koreyada keçiriləcək ümumi seçkilərə az qalmış Pxenyan administrasiyası tərəfindən bu istiqamətdə təhlükənin ola biləcəyinə diqqət çəkir.

Belə bir təhlükənin sanksiyaların aradan qaldırılması üçün ABŞ Prezidenti Co Baydeni danışıqlar masasına oturtmaq üçün atılan addım ola biləcəyi də şərhlər arasındadır./Publika.az

Xəbər lenti