Xəzər Xəbər

İran, Çin və Rusiya birgə hərbi təlimlərə başlayır

Dünya | 14:10 • 20 Yanvar 2022
İran, Çin və Rusiya birgə hərbi təlimlərə başlayır

Yanvarın 21-də İran, Çin və Rusiyanın Həbi Dəniz Qüvvələri Hind Okeanının şimal hissəsində hərbi təlimlərə başalayacaqlar.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin admiralı Musatafa Tacəldini jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Təhlükəsizlik kəməri-2022” kod adı ilə adlandırılan hərbi dəniz təlimləri okeanın 17 min kvadratkilometr ərazisini əhatə edəcək. Təlimlərin məqsədi regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır. Təlimlərə Hərbi Hava Qüvvələri də cəlb ediləcək.

Admiral diqqətə çatdırıb ki, hər 3 dövlətin hərbi dəniz sahəsində əməkdaşlıq əlaqələri davam edəcək və birgə təlimlər gələcəkdə də keçiriləcək. Bu təlimlər isə terrorçulara, dəniz quldurlarına və qaçaqmalçılara qarşı aparılan mübarizəni təkmilləşdirəcək.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti