Xəzər Xəbər

Fransada hicabla bağlı yeni qadağa tətbiq edilir – Bundan sonra…

Dünya | 13:15 • 20 Yanvar 2022
Fransada hicabla bağlı yeni qadağa tətbiq edilir – Bundan sonra…
Fransada idman federasiyalarının təşkil etdiyi tədbirlərdə və yarışlarda iştirak etmək üçün "gözə çarpan dini simvolların geyinilməsinin qadağan edilməsi” ilə bağlı qanun dəyişikliyinin lehinə səs verilib.
 
Mərkəz sağçı Respublikaçılar Partiyasının (LR) üzvlərinin təklif etdiyi və Fransa hökumətinin qarşı çıxdığı düzəliş 143 əleyhinə 160 səslə qəbul edilib.
 
Yeni qaydaya görə, hicabın "idmançıların təhlükəsizliyini riskə ata biləcəyini" ifadə edən mətndə bunun "yarışlarda hicab taxmağı qadağan etmək" məqsədi daşıdığı açıq şəkildə ifadə edilib.
 
Təklif Senat və Milli Assambleya üzvlərindən ibarət komissiya tərəfindən nəzərdən keçiriləcək. Bu o deməkdir ki, qanuna təklif edilən dəyişiklik ləğv oluna bilər.  
 
"Bütün vətəndaşların öz dini etiqadında sərbəst olduqları" ifadə edilən mətndə, "Dini simvolların taxılması ilə bağlı hüquqi qeyri-müəyyənlik var. Dövlətin qaydaları aydın şəkildə müəyyən etməsi lazımdır. Əgər hicab taxmaq açıq şəkildə qadağan olunmayıbsa, müəyyən dini simvolları dəstəkləyən klublar görə bilərik”.
 
Qadağanın 2024-cü il Paris Olimpiya Oyunları üçün tətbiq edilib-edilməyəcəyi hələ də bəlli deyil. Olimpiadanın təşkilat komitəsi AFP-nin şərh sorğusuna cavab verməyib.
 
Xatırladaq ki, keçən il Fransa Milli Assambleyası prezident Emmanuel Makronun  "Fransız dəyərlərinə hörməti təşviq etmək üçün məscidlərə, məktəblərə və idman klublarına nəzarəti gücləndirəcək” qanun layihəsini təsdiqləyib.
 
Fransada hazırda rəsmi oyunlarda və Futbol Federasiyasının təşkil etdiyi yarışlarda hicab taxmaq qadağandır./Sfera.az 

Xəbər lenti