Xəzər Xəbər

Səhrada vahəyə aparan yollar: Arxeoloji qazıntının maraqlı təfərrüatları üzə çıxıb

Dünya | 09:37 • 20 Yanvar 2022
Səhrada vahəyə aparan yollar: Arxeoloji qazıntının maraqlı təfərrüatları üzə çıxıb

Səudiyyə Ərəbistanında arxeoloji qazıntı işləri aparan ekspedisiya üzvləri bir vahəni (oazis) digəri ilə birləşdirən və insan məzarları vasitəsilə bələdçi rolunu oynayan tarixi yollar şəbəkəsi aşkar ediblər.

Qeyd olunur ki, bədəvi ərəblər min illər əvvəl səhralarda məhz bu yollarla öz təsərrüfatlarının su ehtiyatını təmin ediblər.

Qərbi Avstraliya Universitetinin arxeoloqu Metyu Dalton bildirib ki, tapıntı öz dövrünün ən mühüm yol şəbəkəsi olub və 4 500 il əvvəl Ərəbistan yarımadasının xalqlarının məişət, sosial, iqtisadi həyatını əks etdirir.

Mənbə: TRT Haber

Rubrikanın digər xəbərləri

Xəbər lenti