Xəzər Xəbər

İmmuniteti zəif olanlar 4-cü doza peyvənd olunacaqlar

Dünya | 15:03 • 19 Yanvar 2022
İmmuniteti zəif olanlar 4-cü doza peyvənd olunacaqlar

Avropa Dərman Agentliyi immuniteti zəif olan insanlar üçün COVID-19 peyvəndinin dördüncü dozasına icazə verib.

Bu barədə agentliyin sözçüsü Marko Kavaleri bildirib.

Onun sözlərinə görə, hələlik Avropa İttifaqının bütün əhalisi üçün ikinci gücləndirici doza tövsiyə edilmir:

"İmmun sistemi ciddi şəkildə pozulmuş və ya zəifləmiş, artıq üç doza peyvənd almış insanlar üçün ikinci gücləndirici doza mümkündür".

Kavaleri əlavə edib ki, agentlik hələ də qısa fasilələrlə təkrar gücləndiricilərin tətbiqini təhlükəli hesab edir, çünki belə bir sxem gözlənilənlərin əksinə olaraq antikorların sayını azalda və orqanizmin koronavirusun yaratdığı fəsadlara qarşı müdafiəsini zəiflədə bilər./Teleqraf.com 

Xəbər lenti

Çox oxunanlar