Xəzər Xəbər

Avropa İttifaqı 3 ölkəni səyahət siyahısından çıxardı

Dünya | 18:03 • 17 Yanvar 2022
Avropa İttifaqı 3 ölkəni səyahət siyahısından çıxardı

Avropa İttifaqı (Aİ) Avstraliya, Kanada və Argentinanı COVID-19 səbəbilə səyahət məhdudiyyətlərindən azad edilə bilən ölkələr siyahısından çıxarıb.

Aİ ölkələrinə qeyri-vacib səyahətlər üçün müraciət edən və məhdudiyyətlərin tədricən qaldırılmasının tövsiyə olunduğu ölkələrin siyahısına 14 ölkə daxil edilib.

Müvafiq olaraq, Aİ ölkələri tam peyvənd olunmuş şəxslərin Bəhreyn, Çili, Kolumbiya, İndoneziya, Küveyt, Yeni Zelandiya, Peru, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Uruqvaya səyahət məhdudiyyətlərini qaldıra biləcəklər. Aİ ölkələri öz vətəndaşlarının səyahət etməsinə icazə verərsə, Çinlə sərhədlər də açıq qala bilər.

Aİ-nin iki həftədən bir yenilənən siyahısı üzv dövlətlər üçün məsləhət xarakteri daşıyır və məcburi deyil. Aİ ölkələrinin siyahıya daxil olmayan ölkələrə səyahət məhdudiyyətləri davam edir.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Aİ epidemiyanın yayılmasının qarşısını almaq üçün qeyri-vacib səyahətlərə məhdudiyyətlər qoymağa qərar verib./Teleqraf.com 

Xəbər lenti