Xəzər Xəbər

Husilər hücuma görə məsuliyyəti üzərinə götürdü - 3 ölü, 6 yaralı var

Dünya | 15:49 • 17 Yanvar 2022
Husilər hücuma görə məsuliyyəti üzərinə götürdü - 3 ölü, 6 yaralı var

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu- Dabi şəhərində 3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə TASS məlumat yayıb.

Daha əvvəl yerli KİV-lər məlumat verirdi ki, hadisə Mussah sənaye bölgəsində qeydə alınıb. Partlayış nəticəsində Abu-Dabi Beynəlxalq Hava Limanındakı tikinti sahəsində yanğın başlayıb.

İlkin məlumata görə, partlayışdan əvvəl ərazinin hava məkanında drona bənzəyən kiçik bir təyyarə müşahidə edilib.

Yəməndəki üsyançı “Ənsar Allah” qruplaşması (husilər) hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu barədə qruplaşmanın rəsmi nümayəndəsi Yəhya Sariya açıqlama verib.

Xəbər lenti