Xəzər Xəbər

Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

Dünya | 12:24 • 17 Yanvar 2022
Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytında məlumat verilib.

Dövlət başçısı Kasım-Jomart Tokayevin sərəncamı ilə Abış Samat Satıbaldıulı Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Xatırıaldaq ki, Abış Samat Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur.

Xəbər lenti