Xəzər Xəbər

Poroşenko Ukraynaya qayıdır

Dünya | 10:27 • 17 Yanvar 2022
Poroşenko Ukraynaya qayıdır

Ukraynanın eks-prezidenti Petro Poroşenko bu gün keçiriləcək məhkəmə prosesində iştirak etmək üçün Ukraynaya qayıdır.

"RİA Novosti" xəbər yayıb ki, o, hazırda Varşava-Kiyev təyyarə reysi ilə Ukraynaya dönür.

Bu gün Kiyevin Peçera rayon məhkəməsində Poroşenkoya qarşı “dövlətə xəyanət” maddəsi ilə açılan işlə bağlı qərar veriləcək.

Eks-prezident həbs oluna biləcəyini istisna etməsə də, Ukrayna xalqının onun arxasında olduğunu bildirib.

Xəbər lenti