Xəzər Xəbər

Türkiyədə aviareyslərdə koronavirus testinə dair tələb yenidən dəyişib

Dünya | 17:55 • 16 Yanvar 2022
Türkiyədə aviareyslərdə koronavirus testinə dair tələb yenidən dəyişib

Türkiyənin Səhiyyə Nazirliyi ölkədə PCR testi məcburiyyətinin aradan qaldırılması ilə bağlı alınan qərara dəyişikliklər edib.

Dəyişikliyə əsasən, son 180 gün ərzində COVID-19 keçirməyən, peyvənd olunmayan və ya peyvənd dozası tamamlanmayan şəxslərdən xarici ölkələrə səyahət zamanı səfər edəcək ölkənin qanunlarına uyğun PCR testi tələb olunacaq.

Eləcə də, Türkiyədə ölkə daxilində təyyarə, avtobus, qatar və ya digər ictimai nəqliyyat vasitələri ilə şəhərlərarası səyahət edəcək, eyni kriteriyalara uyğun vətəndaşlardan da PCR testi tələbi qüvvədə qalır.

Ölkə üzrə qadağanın aradan qaldırılması ilə bağlı qərar kino, teatr, konsert və bu kimi əhalinin sıx toplaşdığı tədbirlərə şamil olunur.

Xəbər lenti