Xəzər Xəbər

Malinin devrilmiş prezidenti vəfat edib

Dünya | 17:39 • 16 Yanvar 2022
Malinin devrilmiş prezidenti vəfat edib

Qiyam nəticəsində hakimiyyətdən kənarlaşdırılmış Mali prezidenti İbrahim Bubakar Keyta bu gün ölkənin paytaxtı Bamakoda vəfat edib.

Bu barədə “France Presse” agentliyi mərhumun ailəsinə istinadla məlumat yayıb. Yetmiş yeddi yaşlı İbrahim Bubakar Keyta 2013-cü ildən 2020-ci ilədək Malinin prezidenti olub. Onun ölümü barədə informasiya sabiq prezidentin bir neçə ailə üzvü tərəfindən təsdiqlənib.

Malidə qiyam 2020-ci il avqustun 18-də paytaxt Bamako yaxınlığındakı hərbi bazada başlamışdı. Qiyamçılar prezidenti və baş naziri həbs etmişdilər. Sonradan İbrahim Bubakar Keyta hərbçilərin təzyiqi altında istefa verdiyini, parlamentin və hökumətin buraxıldığını elan etmişdi.

Sabiq prezidentin ölümünün səbəbləri hələlik açıqlanmayıb.

Xəbər lenti

Çox oxunanlar