Xəzər Xəbər

Qazaxıstanda əhaliyə yardım üçün fond yaradıldı

Dünya | 12:28 • 15 Yanvar 2022
Qazaxıstanda əhaliyə yardım üçün fond yaradıldı

Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin tapşırığı ilə “Qazaxıstan xalqına” ictimai sosial fondu yaradılıb.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fonda Bolat Jamişev rəhbərlik edəcək.

Qeyd edək ki, yanvarın 11-də parlamentdə çıxış edən Tokayev səhiyyə, təhsil və sosial dəstək sahəsindəki problemlərlə məşğul olacaq “Qazaxıstan xalqına” ictimai sosial fondunun yaradılmasını tapşırıb. Fond özəl və dövlət mənbələrindən dəstəklnəcək.

Fond səhiyyə, təhsil və sosial dəstək, mədəniyyət və idman sahələrində dövlət dəstəyi tədbirlərindən başqa, əlavə təminat məsələləri üzrə Qazaxıstan əhalisinə xeyriyyə yardımı göstərmək vəzifələrini həyata keçirəcək. Bundan əlavə, fond fövqəladə hallardan zərər çəkmiş əhaliyə və fövqəladə vəziyyət rejiminin tətbiqinə kömək edəcək, əhalinin sosial cəhətdən həssas qruplarından olan uşaqlar və ehtiyacı olanlar üçün idman infrastrukturunun inkişafına və əlçatanlığının artırılmasına kömək edəcək.

Fond həmçinin respublikanın ərazi bütövlüyünü və təhlükəsizliyini qoruyarkən həlak olmuş hüquq-mühafizə orqanlarının əməkdaşlarının, xüsusi təyinatlı orqanların, hərbi qulluqçuların ailə üzvlərinə dəstək verilməsi nəzərdə tutulur.

Xəbər lenti