Xəzər Xəbər

Türkiyənin ilk milli kəşfiyyat gəmisi istifadəyə verilib

Dünya | 16:07 • 14 Yanvar 2022
Türkiyənin ilk milli kəşfiyyat gəmisi istifadəyə verilib

Türkiyənin ilk kəşfiyyat gəmisi olan “TCG Ufuk” sınaq və təlim gəmisi bu gün istifadəyə verilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

“Türkiyə Milli Müdafiə Sanayesi atdığı uğurlu addımlarla çirkli oyunları pozan ölkə oldu. Ölkəmizin bu uğurları son illər dünyanın dörd bir tərəfindəki xalqlar üçün ümid qaynağına çevrilib”, - Ərdoğan deyib. 

O qeyd edib ki, Türkiyə terrorla mübarizə və digər sahələrdə apardığı fəaliyyətinə görə milli müdafiə sənayesinə borcludur.

Ərdoğan vurğulayıb ki, Türkiyə istehsalı olan silah-sursatı hər il daha çox dövlət alır və ölkənin cari ilin sonunda müdafiə və aerokosmik sahəsində ixracatı 4 milyard dolları keçəcək.

Qeyd edək ki, gəmi 2019-cu ildə inşa olunub.

Xəbər lenti