Xəzər Xəbər

Bağçaya gedən uşaqların sağlamlığı TƏHLÜKƏDƏ: bunu etməsək... - Professordan XƏBƏRDARLIQ

Dünya | 10:06 • 14 Yanvar 2022
Bağçaya gedən uşaqların sağlamlığı TƏHLÜKƏDƏ: bunu etməsək... - Professordan XƏBƏRDARLIQ

Türkiyəli professor Mehmet Ceyhan Omikron ştamının qızılca və su çiçəyindən daha yoluxucu olmadığını qeyd edib. 

Türkiyə mətbuatı xəbər verir ki, həkim Omikronun yoluxma əmsalını 4,5-5 qiymətləndirib. 

“Qızılca və su çiçəyinin yoluxma əmsalı 16-18-dir. Onlar niyə yayılmır və böyük pandemiyaya səbəb olmur? Çünki bu viruslara yoluxduqda ömürlük immunitet qazanılır, hətta istifadə edilən peyvəndlər də ömürlük immunitet verir. Lakin Omikron ştamının yaratdığı immunitet çox aşağıdır. Əvvəlki variantlarla müqayisədə daha az immunitet yaradır, sanki immunitetdən gizlənir. Nəticədə Omikron ştamına yoluxan bir xəstə bəzən 2 həftə sonra immuniteti yetəri qədər olmadığı səbəbiylə ikinci dəfə bu virusa yoluxa bilir. Hətta bir ay ərzində 3 dəfə Omikrona yoluxanlar da var. 

Kütləvi immunitet yarandıqdan sonra pandemiyanın bitəcəyi fikri ilə razı deyiləm. Ölkələr qabaqlayıcı tədbirlərini artırır, sərhədlərini bağlayanlar var, ölkəyə girişləri çox yaxşı nəzarət etməyə çalışırlar. Bir qismi 2 PCR testi istəməyə başlayıb. Bir PCR testi ilə ancaq 50 faiz diaqnoz qoya bilərsiniz. Üstəlik, Omikrona yoluxan 100 insan arasında test etsəniz, 100 insandan 50-sini müəyyən edə bilirsiniz”. 

Daha sonra professor əlavə edib ki, yeniyetməlik dövründə olan uşaqlar xəstəliyi ən çox yoluxduran qrupdur. Bu, onların hərəkətli həyat tərzi ilə izah olunur. 

“Hazırda Omikrondan ən çox 0-5 yaş qrupu təsirlənib. Əvvəl alışmadığımız bir yaş qrupudur. Bu yaş qrupunun yoluxmadığını düşündüyümüz üçün bağçalar açıldı, bütün dünya belə etdi. Hazırda bağçaya gedən uşaqların sağlamlığını qorumaq üçün tədbirlər görülməlidir. Heç bir dəyişiklik etməsək, idarəetməni virusun öhdəsinə buraxırıq”, - infeksionist qeyd edib. /publika.az

Xəbər lenti