Xəzər Xəbər

KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

Dünya | 17:16 • 13 Yanvar 2022
KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub.

TASS-ın yazdığı xəbərə görə, bu barədə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb.

Qərarı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirləri imzalayıb.

Kontingentin çıxarılması prosesinin sabah başlayacağı və yanvarın 19-da Qazaxıstandan tam çıxarılacağı vurğulanıb.

Xəbər lenti