Xəzər Xəbər

İcbari peyvəndləmə məhdud müddət üçün qüvvədə olmalıdır AÇIQLAMA

Dünya | 14:54 • 13 Yanvar 2022
İcbari peyvəndləmə məhdud müddət üçün qüvvədə olmalıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir sıra ölkələrində koronavirus əleyhinə peyvəndləmənin icbariliyi ətrafında gedən debatlara münasibət bildirib.

Beynəlxalq qurum peyvəndləmənin məcburiliyini insanları peyvəndin faydası barədə inandırmağın mümkün olmadığı təqdirdə ən son vasitə kimi tövsiyə edib. ÜST fövqəladə hallar üzrə koordinatoru Mayk Rayan bildirib ki, təşkilat tərəfindən peyvənd öhdəliyi aydın, birmənalı və müddət baxımından məhdud dövrü əhatə edən çıxış yolu kimi tövsiyə olunur. Belə bir addım əhali arasında risklərlə bağlı maarifləndirmə ilə paralel həyata keçirilməlidir.

Mütəxəssisin sözlərinə görə, peyvəndləmənin məcburiliyindən əvvəl ölkə əhalisinin yetərincə məlumatlandırılması üçün bütün digər imkanlardan istifadə edilməlidir. Eyni zamanda peyvənd məcburiyyətinin ictimai səhiyyə və cəmiyyət üçün doğurduğu nəticələrin insanların fərdi azadlıq və hüquqlarının məhdudlaşdırılması ilə müqayisədə daha üstün olduğu isbat olunmalıdır. Dünyanın bir çox ölkəsində peyvəndin daimi əsaslarla icbari olacağına dair narahatlıq mövcuddur və bu narahatlığı aradan qaldırmaq üçün peyvəndin icbariliyinin məhdud müddət üçün nəzərdə tutulması (məsələn, pandemiya aradan qalxana kimi) tövsiyə olunur. (AZƏRTAC)

Xəbər lenti