Xəzər Xəbər

Tramp kitab yazır

Dünya | 10:25 • 7 Dekabr 2021
Tramp kitab yazır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı olduğu dörd illik fəaliyyəti ilə bağlı kitab yazır.

O, bu barədə “Newsmax TV”yə müsahibəsində bildirib.

“Bəli, xatirələri yazıram. Görəcəksiniz, bu çox güclü olacaq”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.

Tramp əlavə edib ki, onun kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Eyni zamanda, ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzuları qeyd etməyib./Teleqraf.com

Xəbər lenti