Xəzər Xəbər

ABŞ Pekin Olimpiadasına diplomatik boykot elan etdi

Dünya | 09:12 • 7 Dekabr 2021
ABŞ Pekin Olimpiadasına diplomatik boykot elan etdi

"ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək".

Bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: “ABŞ komandasının idmançılarını evdə yüz faiz dəstəkləyəcəyik”.

Xəbər lenti