Xəzər Xəbər

Türkiyədə bir məktuba görə 104 admiralı HƏBS GÖZLƏYİR

Dünya | 09:05 • 7 Dekabr 2021
Türkiyədə bir məktuba görə 104 admiralı HƏBS GÖZLƏYİR

Türkiyə Baş Prokurorluğu daha əvvəl Boğaziçi və Çanaqqala boğazının statusu ilə bağlı Montrö Konvensiyasını müdafiə edən məktubu imzalamış yüzdən çox istefada olan admirala qarşı ittiham aktını təsdiqləyib.

Bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, iş üzrə təqsirləndirilən şəxsləri 12 ilə qədər həbs gözləyir. Bütün təqsirləndirilən şəxslər “konstitusiya quruluşuna qarşı cinayət sui-qəsdinə girməkdə” maddəsi ittiham olunurlar.

104 dəniz zabitinin Montrö Konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırdıqları məktub 2021-ci ilin aprelində dərc olunub. Məktubda admirallar yeni İstanbul kanalının tikintisi planlarına görə Qara dənizdəki boğazların statusuna yenidən baxılması ilə bağlı müzakirələrin qəbuledilməz olduğunu bəyan ediblər.

Məktub Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qınanılıb. Ölkə lideri ordunun siyasətə qarışmasını kəskin tənqid edib.

Polis dərhal məktubu imzalayanlar arasından 10 admiralı saxlayıb. Daha daha sonra onlar həbsini "yaşayış yerini tərk etməmək" maddəsi ilə əvəz ediblər.

Qara dəniz boğazlarının rejimi haqqında Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. Sənədə ticarət gəmilərinin boğazlardan maneəsiz keçməsinə icazə verir./Publika.az

Xəbər lenti