Xəzər Xəbər

Rusiyada 6-12 yaş arası uşaqlara COVID-19 peyvəndi vurulacaq

Dünya | 15:52 • 6 Dekabr 2021
Rusiyada 6-12 yaş arası uşaqlara COVID-19 peyvəndi vurulacaq

Rusiyada altı yaşından 12 yaşa qədər olan uşaqlar üçün koronavirus peyvəndinin sınaqlarına 2022-ci ilin əvvəlində başlanacaq.

Bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"6-12 yaş arası uşaqlar üçün COVİD 19-a qarşı peyvəndin sınaq tədqiqatına gələn ilin əvvəlində başlanılacaq”, - deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabr ayının sonunda N.F.Qamaley adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzi 12 yaşınadək uşaqlar üçün COVİD 19 virusuna qarşı preparatın tədqiqatına başlanılması üçün sənədləri təqdim edib.

Xatırladaq ki, Rusiyada artıq 12-17 yaşlı yeniyetmələr üçün COVID-19 peyvəndinin istifadəsinə icazə verib. Həmin "Gam-COVID-Vac M" və ya "Sputnik M" adlandırılıb.

Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, uşaqlar könüllü olaraq və yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə peyvənd olunacaqlar./redaktor.az

Xəbər lenti