Xəzər Xəbər

Koronavirus bu şəxslər üçün xüsusi təhlükə yaradır

Dünya | 13:58 • 6 Dekabr 2021
Koronavirus bu şəxslər üçün xüsusi təhlükə yaradır

Koronavirusun hansı kateqoriya xəstələr üçün xüsusi təhlükə yaratdığı açıqlanıb.

Rusiyanın Kalinçenko klinikasının tanınmış baş həkimi Leonid Vorslov bildirib ki, bu kateqoriyaya hipertonik xəstələr aiddir.

Vorslovun fikrincə, arterial hipertoniyası olan xəstələrdə çoxlu spesifik reseptorlar var, bunun sayəsində yüksək qan təzyiqi saxlanılır, virus hüceyrəyə nüfuz etmək üçün bu reseptorlardan istifadə edir.

“Sağlam insanın hüceyrə səthində 5 min reseptor var, yəni hüceyrəyə 5 min virus vahidi daxil ola bilir. Hipertoniklərdə isə belə reseptorlar 10 dəfə çoxdur. Və buna uyğun olaraq 50 min virus hüceyrəyə daxil ola bilər”, - həkim əlavə edib./Ölkə.az

Xəbər lenti