Xəzər Xəbər

İstanbul bu gənc qıza edilənlərdən sarsıldı - 3 dost onu ... VİDEO

Dünya | 18:55 • 5 Dekabr 2021
İstanbul bu gənc qıza edilənlərdən sarsıldı - 3 dost onu ...

İstanbulda baş verən bu hadisə böyük səs-küyə səbəb olub.

B.A.(şərti ad) adlı qız evinə gələn Baha adlı gənc və onun iki dostu tərəfindən cinsi təcavüzə məruz qalıb. Hər yuxudan oyananda başqa kişi ilə qarşılaşan qızın ümumilikdə 3 fərqli kişi tərəfindən zorakılığa məruz qaldığı iddia edilib.

Hadisə haqqında polisə məlumat verən gənc qız içkisinə yuxu dərmanı atıldığı və yatdığını bildirib. O, oyandığında çılpaq olduğunu bildirib.

Baha S. isə cinsi təcavüz iddiasını rədd edib. O, gənc qızın yuxu gördüyünü iddia edib.

Gənc qızın müayinəsində onun göbək, üst dodaq və sağ qol nahiyəsində xəsarətlərinin olduğu Məhkəmə Tibb İnstitutu tərəfindən müəyyən edilib. Bundan əlavə, gənc qızın rəfiqəsinin də bədənində təcavüzə dair izlər aşkar edilib.

Təcavüzə uğradığını iddia edən gənc qız bunları deyib: "Bədənimdən götürülən nümunələr şübhəlilərlə müqayisə edilməlidir.

Şprisdəki maye də şübhəlilərin DNT-si ilə müqayisə edilməlidir. Kütləvi cinsi təcavüz zamanı huşsuz olmuşam. Müdaxilə edib, reaksiya verə bilmədim. Əmin oldum ki, mənə nəsə içiriblər. Mən iflic olmuş kimi idim. Qaçmaq istəsəm də, bacarmadım.

Mən oyananda Baha mənim üzərimdə, rəfiqəm də yanımda idi. Mən orda Bahanın dostu Erhanı da gördüm. Yuxudan oyananda çılpaq idim. Tam ayılanda başıma nə gəldiyini anladım. Mən qışqırdım, amma Baha bunu inkar etdi. İlk 10 gün özümü otağa bağladım və heç kimlə danışa bilmədim. Mən hələ də psixoterapiya alıram. Amma ədalət uğrunda mübarizəmdən əl çəkməyəcəm. Mən həm qurbanam, həm də haqlı olduğumu sübut etməyə çalışıram. Qorxum odur ki, onlardan başqa qadınlar da əziyyət çəkəcək. İstəyirəm ki, məhkəmə başlasın və onlar ən ağır cəzanı alsınlar”./Musavat.com

Xəbər lenti