Xəzər Xəbər

Hollandiyada bu heyvanların canlı şəkildə bişirilməsi qadağan olunur

Dünya | 17:50 • 5 Dekabr 2021
Hollandiyada bu heyvanların canlı şəkildə bişirilməsi qadağan olunur

Hollandiyada xərçəng, osminoq və bu kimi dəniz heyvanlarının canlı şəkildə bişirilməsi qadağan olunur.

Bu barədə ölkənin kənd təsərrüfatı naziri Karola Skuten açıqlayıb. O, qeyd edib ki, xərçəngkimilərin daha çox ağrı və stress yaşamasına səbəb olan bu cür bişirmə üsuluna son qoyulması müsbət addım olacaq.

Qeyd olunur ki, Hollandiyanın artıq bir çox restoranında bu cür bişirilmə üsuluna son qoyulub.

Hollandiya Parlamentində təmsil olunan Heyvan Haqqları Partiyası İngiltərədə aparılan araşdırmanı gündəmə gətirərək dəniz məhsullarının canlı halda bişirilməsinin dayandırılmasını tələb edib. Belə ki, London İqtisadiyyat və Siyasət Məktəbinin (LSE) mütəxəssislərinin araşdırmasına görə, xərçəngkimilər, osminoqlar və bu kimi dəniz heyvanlarının qaynar suya diri-diri atıldıqda çox ağrı keçirirlər./Musavat.com

Xəbər lenti