Xəzər Xəbər

Putinin bu səfəri böyük hadisə olacaq

Dünya | 15:47 • 5 Dekabr 2021
Putinin bu səfəri böyük hadisə olacaq
Bu görüş xüsusilə ikitərəfli münasibətlərin inkişafına və Avrasiyada əməkdaşlıq məkanının yaradılmasına tələbatın artdığı indiki dövrdə böyük siyasi hadisə olacaq.

Bu sözləri Rusiyanın Yeni Dehlidəki səfiri Nikolay Qudaşev Rusiya Prezidenti Vladimir Putinlə və Hindistan Baş naziri Narendra Modinin dekabrın 6-da Yeni Dehlidə baş tutması gözlənilən görüşü haqda danışarkən deyib.

"Sammitdən sonra genişmiqyaslı birgə siyasi bəyanat veriləcək. Bununla bağlı işlər davam etdirilir", - deyə Qudaşev bildirib./Ölkə.az

Xəbər lenti