Xəzər Xəbər

ABŞ-ın 10 ştatında “Omikron”a yoluxma qeydə alındı

Dünya | 14:53 • 5 Dekabr 2021
ABŞ-ın 10 ştatında “Omikron”a yoluxma qeydə alındı

ABŞ-ın 50 ştatının azı 10-da koronavirusun “Omikron” ştammına yoluxma halları qeydə alınıb.

Qeyd edilir ki, əksər hallarda bu yaxınlarda Afrikanın cənubuna səyahət edən xəstələrdə sözügedən ştamma yoluxma aşkarlanıb. Bununla belə, azı iki ştatda - Havay və Minnesota ştatlarında ABŞ-ı tərk etməyənlərdə də koronavirusun yeni növünə rast gəlinib.

Son bir neçə gündə ölkədə koronavirusa yoluxma hallarının sayı artmaqdadır.

Mənbə: TASS

Xəbər lenti

Çox oxunanlar