Xəzər Xəbər

"Omikron" oftalmoloji şəbəkəsi ÜST-dən yeni ştamın adının dəyişdirilməsini tələb edib

Dünya | 08:24 • 3 Dekabr 2021
"Omikron" oftalmoloji şəbəkəsi ÜST-dən yeni ştamın adının dəyişdirilməsini tələb edib

“Omikron” oftalmoloji mərkəzlər şəbəkəsinin rəhbərliyi koronavirus infeksiyası kontekstində yeni ştama "Omicron" adının dəyişdirilməsi çağırışı ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qarşı iddia qaldırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə şəbəkənin təsisçisi və baş direktoru Aleksandr Padar “Rossiya-24” telekanalının efirində bildirib. 

“Omicron səhiyyə sahəsində qeydiyyatdan keçmiş ticarət nişanımız olduğu üçün ÜST-ə qarşı belə bir iddia qaldırdıq”Ş- deyə Padar vurğulayıb.

Onun sözlərinə görə, hüquqşünaslar məhkəmə prosesinin perspektivinə müsbət yanaşırlar: “Mövcud durum mənfəət əldə etməyimizə mənfi təsir göstərə bilər. "Omikron" ştamının dərcindən dörd gün keçdi və indiyə qədər elə də itkimiz olmayıb. Lakin bu ştam həqiqətən də ölümcül olarsa, geniş miqyas alarsa, o zaman təbii ki, maliyyə itkilərimiz qaçılmaz olacaq”.

Xəbər lenti