Xəzər Xəbər

“Omicron” “delta”nı əvəz edə bilər

Dünya | 17:44 • 2 Dekabr 2021
“Omicron” “delta”nı əvəz edə bilər

Cənubi Afrika Respublikasında aşkar edilən koronavirusun yeni “omicron” ştamı ən çox mutasiya olunandır və bu onun yoluxuculuq dərəcəsini artırır. Ekspertlər təxmin edirlər ki, o hətta peyvənd edilmiş və buster dozasını qəbul etmiş şəxslərdə də xoşagəlməz simptomlara səbəb ola bilər. Digərləri hesab edirlər ki, peyvəndlər “omicron” ştamına da qarşı qoruyacaqlar və peyvənd olunmayanlar narahat olmalıdırlar.

Rusiya KİV-i xəbər yayıb ki, N.F.Qamaleya adına epidemiologiya və mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, akademik Aleksandr Gintsburqun fikrincə, yeni ştamın ilkin Uhan variantındakı kimi uzunmüddətli inkubasiya dövrü 14 gün ola bilər. Əgər bu belədirsə və “omicron” daha yoluxucu olacaqsa, o zaman o “delta” ştamını əvəz edəcək. bununla bağlı pandemiyanın tezliklə sona çatması barədə danışmaq hələ tezdir.

Xəbər lenti