Xəzər Xəbər

Mühüm addım: Putin Ərdoğanın təklifini qəbul edir - İki gün sonra...

Dünya | 15:48 • 1 Dekabr 2021
Mühüm addım: Putin Ərdoğanın təklifini qəbul edir - İki gün sonra...

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Donbas məsələsində vasitəçilik təklifi Vladimir Putinlə telefon danışığı zamanı gündəmə gələ bilər”.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Türkiyənin Ukrayna məsələsində xüsusi mövqeyi var və xüsusilə Krımın ilhaqının qəbuledilməz olduğuna dair açıqlamalar var. “Türkiyə və Rusiya liderləri, Xarici İşlər nazirləri arasında çox yaxşı münasibət var.Beynəlxalq məsələlər hörmət çərçivəsində müzakirə edilir” – deyə Lavrov bildirib.

Qeyd edək ki, iki gün sonra Ərdoğan və Putin arasında telefon danışığı nəzərdə tutulub./Metbuat.az

Xəbər lenti