Xəzər Xəbər

Rusiyada koronavirus tüğyan edir - bir günə 1226 nəfər öldü

Rusiyada daha 1 226 nəfər koronavirusdan öldü
Dünya | 14:52 • 1 Dekabr 2021
Rusiyada koronavirus tüğyan edir - bir günə 1226 nəfər öldü

Rusiyada son bir gündə daha 32 837 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
 
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 669 718 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 226 nəfər artaraq 276 419-a yüksəlib.
 
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 364 932 nəfər sağalıb.

Xəbər lenti